Azərbaycanda dünc əhaliyə qarşı teror aktları və digər hərbi cinayətlər törədən 13 erməni qiyabi həbs edilib. Bu barədə Azərbaycan mətbuatı məlumat verir.
“Bakının Nəsimi rayon Məhkəməsinin hakimləri Ramin Xəlilov və Elməddin Hüseynovun qərarına əsasən, David Samveloviç Tonayan, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan, Armen Martoyan, Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Ardas Oksuzyan və Qalust Trapizonyan barəsində barəsində qiyabi həbs qətimkan tədbiri seçilib”, - KİV məlumat verir.
Məlumata görə, həmin şəxslər barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100-cü (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (Muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işləri başlanıb. **