Azərbaycan prezidenti İlham Əliyev bazar günü Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə yenidən təyin olunmağı münasibətilə təbrik edib.
Dövlət başçısının saytında dərc olunan təbrik məktubunda prezident qeyd edib ki, Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan iki xalqın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir.
“İnanıram ki, siyasi, iqtisadi və humanitar sahələrdə daim genişlənən əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələr verəcək”, - Əliyev qeyd edib. **
X.Nəsirzadə