Rusiya və Türkiyə regional təhlükəsilzik işinə mühüm töhfə vermək iqtidarındadırlar və bunu etməlidirlər, iki ölkə lidrlərinin şəxsi münasibətləri isə meydana gəldikləri halda fikir ayrılıqlarının konstruktiv həllinin təminatıdır. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Regionumuzda Rusiya və Türkiyə, yəgin ki, bölgədə təhlükəsizlik və sabitlik işinə mühüm töhfə verə bilən ən iri ölkələrdir və həm də bunu etməlidirlər. Hər halda, elə etməlidirlər ki, müharibə olmasın”, - Peskov “Moskva. Kreml. Putin” proqramında bildirib.
O əlavə edib ki, Rusiya və Türkiyə “ikitərəfli münasibətlərin çox böyük kompleksinə” malikdirlər. **