Azərbaycanda koronavirus infeksiyasına daha 1519 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 214,711 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2 499 nəfərə çatıb.
Virusa yoluxmuş 168,971 min nəfər (sutka ərzində +4 471) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 43 min 241 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 764 ötən müddət ərzində isə ümumilikdə 2 milyon 153,562 min test aparılıb.**
X.Nəsirzadə