Prezident İlham Əliyev Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişiklik icbari tibbi sığorta (İTS) çərçivəsində göstərilən xidmətlərə vergi güzəştlərinin müddətinin uzadılmasını nəzərdə tutur.
Dəyişikliyə əsasən, İTS çərçivəsində göstərilən tibbi xidmətlər 1 yanvar 2022-ci il tarixinədək ƏDV-dən azad edilir.
Daha əvvəl İTS çərçivəsində tibbi xidmətlər 1 yanvar 2021-ci il tarixinədək ƏDV-dən azad edilmişdi.*
Ə.Məmmədov