“Azərişıq” Zuğulba qəsəbəsində yerləşən obyektdə yeni ehtiyat fasiləsiz enerji mənbəyi sisteminin yaradılması üçün zəruri avadanlıqların alınmasına təxminən 2,7 milyon manat yönəldəcək.
www.tender.gov.azsaytında dərc olunmuş məlumata görə, “Azərişıq” «BESTCOMP Group» MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 2 milyon 691 min 761,13 manatdır.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov