2021-ci il yanvarın 1-dən etibarən Azərbaycanda təkmilləşdirilmiş "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" (“Smart Customs”) layihəsinin tətbiqinə başlanılacaq.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "SmartCustoms" tətbiqi ilə bəyan edilməsi məcburidir”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov