Koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin Azərbaycana idxalının vergidən azad edilməsi təklif olunur.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi xəbərə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən, koronavirus infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalının 2 il müddətinə vergidən azad edilməsi təklif edilir.*
Ə.Məmmədov