Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla görüşdə Azərbaycan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri müzakirə etmək niyyətindədir.
“Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcəyik. Azərbaycanın sərhədləri ilə bağlı qərar beynəlxalq hüquq çərçivəsində verilməlidir. Bunun üçün atılmalı olan addımları mütləq müzakirə edəcəyik”, - deyə o, jurnalistlərə bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova M.Çavuşoğlunun dekabrın 29-da Soçiyə səfər edəcəyi və Lavrovla görüşəcəyi barədə məlumat vermişdi.*