Azərbaycan və Rusiya ikitərəfli siyasi məsləhətləşmələrin yeni səviyyəsinə keçməlidir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, rusiyalı hərbi ekspert, “Natsionalnaya Oborona” ("Milli Müdafiə") jurnalının baş redaktoru İqor Korotçenko belə hesab edir.
"Bakı və Moskva yüksək səviyyədə daimi siyasi məsləhətləşmələrin 2+2 formatını yaratmalıdır - Rusiya və Azərbaycanın müdafiə və xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq gündəliyə aid bütün aktual məsələləri müzakirə etmək üçün ildə bir neçə dəfə görüşə bilərdilər", - deyə Korotçenko bu gün özünün Telegram kanalında yazıb.
Bununla yanaşı, ekspert əlavə edib ki, rəsmi Moskva və Bakı münasibətlərin daha da möhkəmləndirilməsi məqsədilə yüksək səviyyədə məsləhətləşmələr üçün müvafiq format yaratmaqla Rusiya Federal Təhlükəsizlik Xidməti ilə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti arasında əlaqələri fəallaşdırmalıdır.*
X.Nəsirzadə