2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 27 milyon 611 min 942,34 ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $8 milyard 937 milyon 253,63 min dəyərində neft ixrac olunub.
Yanvar-noyabr aylarında neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə miqdar ifadəsində 5,2%, dəyər ifadəsində 36,2% azalıb.
Yanvar-noyabr aylarında ixracın ümumi strukturunda neftin payı 68,43% təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $43,2 təşkil edib.
2019-cu ildə $14 milyard 814 milyon 132,71 min dəyərində 30 milyon 837,085 min ton bəyan edilmiş neft ixrac edilib (miqdar ifadəsində 4,5%, dəyər ifadəsində 5,8% artım).*
N.Abbasova