2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 12 milyard 278 milyon 885,19 min kubmetr bəyan edilmiş qaz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-noyabr aylarında respublikadan $2 milyard 178 milyon 381,77 min dəyərində bəyan olunmuş qaz ixrac edilib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 16,68%-i qaz ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 2020-ci ilin müvafiq dövründə qaz ixracı miqdar ifadəsində 17,3%, dəyər ifadəsində 4,8% artıb.*
N.Abbasova