Azərbaycanda koronavirus infeksiyasına daha 772 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 215,483 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2538 nəfərə çatıb.
Virusa yoluxmuş 172,019 min nəfər (sutka ərzində +3 048) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 40 min 926 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 163,064 min test aparılıb.*
N.Abbasova