Azərbaycan 2020-ci ilin yanvar-noyabr aylarında ərzaq məhsullarının idxalını 1,6% - $1 milyard 463 milyon 102,59 minədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 1 milyon 225 min 585,85 ton (azalma 17,6%) buğdanın ($262 milyon 497,32 min), 308 min 449,2 ton (dəyişməyib) meyvə-tərəvəz məhsullarının ($174 milyon 175,78 min), 39 min 457,67 ton (azalma 14,8%) ətin ($72 milyon 65,88 min), 150 min 744,41 ton (artım 3,8%) bitki və heyvan mənşəli yağların ($144 milyon 355,82 min) payına düşüb.
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana $73 milyon 302,98 min dəyərində 14 min 890,73 ton kərə yağı (artım 19,5%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,11%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova