Milli Məclis bu gün keçirilən plenar iclasda Hesablama Palatasının 2021-ci il üçün xərclər smetasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verib.
Palatanın sədri Vüqar Gülməmmədovun qeyd etdiyi kimi, 2021-ci ildə Palatanın xərcləri 9,1 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu da 2020-ci ilin göstəricisindən 3% çoxdur.
“Artım əsasən icbari tibbi sığorta ödənişləri ilə əlaqədardır. Smetaya əsasən, xərclərin 92%-i əməyin ödənişi fonduna yönəldirəcək”, - Gülməmmədov qeyd edib.
Həmçinin, parlament 2021-ci il üçün Milli Məclisin xərcklər smetasını təsdiq edib. Təklif olunan smeta Milli Məclisin xərclərinin 42 milyon 270,4 min manat səviyyəsində proqnozlaşdırılır, bu xərclərin 81,6%-ni əməyin ödənişi fondu təşkil edəcək. **
Ə.Məmmədov