Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ üzrə razılaşmasının zamini qismində Rusiya və Türkiyənin rolunu xüsusi qeyd edir.
“Bölgədə yeni reallıq yaratmış və çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək 10 noyabr razılaşmasının zamini qismində Rusiya Federasiyası və Türkiyə Respublikasının rolunu xüsusi qeyd etmək olar”, - 2020-ci ilin yekunlarına dairXarici İşlər Nazirliyininbəyanatında deyilir.
XİN qeyd edir ki, sentyabr-noyabr aylarında davam etmiş hərbi döyüşlər zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə hesabat hazırlanıb. “Həmin hesabat BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib”, - XİN qeyd edir. **
X.Nəsirzadə