Türkiyə hərbçiləri Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində fəaliyyət üçün Azərbaycana yola düşüblər. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən Anadolu agentliyi məlumat verir.
“Dağlıq Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbi qulluqçuları Azərbaycana yola düşüblər”, - agentlik bəyanatdan sitat gətirir.
Milli müdafiə naziri Hulusi Akarın bəyanatında qeyd olunur ki, “Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində Türkiyə Silahlı Qüvvələrinin bir generalı və 35 digər zabiti çalışacaq. **