Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) 2021-ci il yanvarın 1-dən Azərbaycanın daha 15 müəssisəsindən pomidor ixracına icazə verir.
Xidmətin məlumatına görə, bu qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə danışıqların yekunlarına dair qəbul olunub. İdxal 2020-ci ildə Cənubi Amerika güvəsinin aşkar edilmədiyi rayonlarda yerləşən müəssisələrdən Agentliyin zəmanəti ilə mümkündür.
Müəssisələrin siyahısı Xidmətin saytında dərc olunub.
Rosselxoznadzor xatırladır ki, öncə Azərbaycanın 17 müəssisəsindən pomidor ixracına icazə verilib. **