Milli Məclis Azərbaycanın Əfqanıstanda səfirliyinin təsis edilməsi ilə bağlı hökumətin irəli sürdüyü təklifi dəstəkləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi qəbul edilib.
Səfirlik Kabil şəhərində fəaliyyət göstərəcək.*
Ə.Məmmədov