2020-ci ilin yanvar-noyabr aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $915,859 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2020-ci ilin yanvar-noyabr aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($127,4 milyon), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($101,2 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "AzerGold" QSC ($99,8 milyon), "Azəralüminum" MMC ($83,6 milyon), "Azərenerji" ASC ($56 milyon), «Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($26,7 milyon), "Azərbaycan Hava Yolları" ($6,8 milyon), «Azərtütün Aqrar Sənaye Kompleksi» MMC ($1,4 milyon), «Azərbaycan İES» MMC ($822 min), Naxçıvan Dövlət Energetika Xidməti ($773 min) və “Azəripək” MMC ($564 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə “SOCAR Polymer” ($88,8 milyon), "Land Lojistic" MMC ($84,1 milyon), "MKT Istehsalat Kommersiya" MMC ($65,7 milyon), "Sun Food" MMC ($33,8 milyon), "Global Trade Group" ($32,3 milyon), "Almeyvə" MMC ($30,4 milyon), "Baku Steel Company" MMC ($26,5 milyon), "AQROVEST" MMC ($24,7 milyon) və "Fruit Store" MMC ($24,5 milyon) daxildir.
Azərbaycan 2020-ci ilin yanvar-noyabr aylarında $1,6 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova