Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrikində bölgədə sülh və təhlükəsizlik naminə Bakı ilə gələcək əməkdaşlığa ümidvar olduğunu bildirib.
"Təbrikdə qeyd edilib ki, hətta belə bir çətin ildə tərəflər Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmliyinə əmin ola biliblər", - deyə Kremlin mətbuat xidməti bildirir.
"Bundan başqa, Bakı və Moskvanın birgə səyləri ilə bütün istiqamətlərdə qarşılıqlı faydalı əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümid ifadə olunub", - deyə məlumatda qeyd olunur.
Sənəddə vurğulanır ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı iki dövlətin xalqlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi məcrasında gedir.*