“Şahdağ Turizm Mərkəzi” QSC nizamnamə kapitalının 336 milyon 854 min 945,75 manata qədər azaldıldığını elan edib.
““Şahdağ Turizm Mərkəzi” QSC nizamnamə kapitalını 546 milyon 775 min 725,05 manatdan 336 milyon 854 min 945,75 manata qədər azaldıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi cəmiyyətin elanına istinadən məlumat verir.
Beləliklə, cəmiyyətin nizamnamə kapitalı 38,4% azalıb.
Bununla belə, nizamnamə kapitalının azaldılmasının səbəbləri açıqlanmır.
“Kreditorlar 1 ay ərzində tələblərini Qusar rayonu, Kuzun kəndi, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometrliyi ünvanına bildirə bilərlər”, – deyə elanda qeyd olunur.
“Şahdağ Turizm Mərkəzi” QSC Azərbaycanda ən böyük idman-turizm obyektlərindən biridir.*
A.Əzizov