2020-ci ilin yanvar-noyabr aylarında “Azexport.az” portalına ümumilikdə $553,3 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin noyabr ayında ixrac sifarişlərinin dəyəri $41,1 milyon təşkil edib.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2020-ci il dekabrın 1-dək $2 milyard 138,1 milyon məbləğində ixrac sifarişləri daxil olub.
2019-cu ildə “Azexport.az” portalına $595,7 milyon məbləğində ixrac sifarişləri daxil olub və 2018-ci illə müqayisədə artım 15,9% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını 2016-cı ilin dekabr ayında istifadəyə verib.*
B.Rüstəmbəyov