2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $182,8 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvarda bu göstərici $13,8 milyon, fevralda $8,1 milyon, martda $15,3 milyon, аpreldə $1,9 milyon, mаyda $15,5 milyon, iyunda $23,7 milyon, iyulda $17 milyon, avqustda $19,5 milyon, sentyabrda $19 milyon, oktyabrda $15 milyon, noyabrda $16,7 milyon, dekabrda $17,3 milyon təşkil edib.
Beləliklə, cari ildə orta aylıq göstərici $15,2 milyon təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə bu göstərici $140,4 milyon təşkil edib. Bununla da 2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən ixracın həcmi 2019-cu illə müqayisədə 30,2% çox olub.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.*
B.Rüstəmbəyov