“Təmiz Şəhər” ASC 2 layihə üzrə layihə-smeta sənədlərinin hazırlanmasına «Creat Company» MMC-ni cəlb edib.
Bu məqsədlə ümumilikdə 912,14 min manat dəyərində iki müqavilə bağlanıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, birinci müqavilədə təhlükəli (zərərli) tullantılar poliqonunun yerli və beynəlxalq standartlara uyğun layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Müqavilənin dəyəri 619,5 min manatdır.
292,64 min manat dəyərində ikinci müqavilə Şüvəlan zərərli məişət tullantılarının yükləmə-boşaltma məntəqəsinin layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar bağlanıb.*
X.Nəsirzadə