Dekabrın 27-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi bu gün məlumat yayıb.
“Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə dekabrın 27-də Moskvada Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru arasında görüş keçirilib”, - deyə məlumatda bildirilir.
Görüş iştirakçıları bir sıra məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin axtarışı və əsirlərin dəyişdirilməsi məsələlərini müzakirə ediblər.
"Müxtəlif istiqamətlər üzrə fəaliyyətin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub", - deyə məlumatda qeyd olunur.*