Azərbaycanda koronavirus infeksiyasına daha 1 052 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 217,636 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2609 nəfərə çatıb.
Virusa yoluxmuş 180,295 min nəfər (sutka ərzində +4 067) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 34 min 732 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 185,247 min test aparılıb.*
Ə.Məmmədov