Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək hərbçilərə uğurlar arzu edib və bu Mərkəzin tezliklə işə başlamasına ümidvar olduğunu bildirib. Bu barədə Anadolu agentliyi məlumat verir.
“Ərdoğan Qarabağda atəşkəsə nəzarət üzrə monitorinqdə hərbçilərə uğurlar diləyib və Birgə Mərkəzin tezliklə fəaliyyətə başlayacağına ümidvar olduğunu dilə gətirib”, - agentliyin məlumatında deyilir.
Xəbər verildiyi kimi, Türkiyə Qarabağ üzrə Birgə Monitorinq Mərkəzində fəaliyyət üçün Azərbaycana 30-dan artıq zabit göndərib.
Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Mərkəzin yaradılmasına dair razılığa gəlib. **