Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu təsdiq edib.
2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib.
Bundan başqa, dövlət başçısı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edib.
Hə iki qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.
Sənədlərin mətni dövlət başçısının rəsmi saytında dərc olunub.
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilmişdi. **
X.Nəsirzadə