Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir. **
X.Nəsirzadə