Azərbaycan Respublikasının vətəndaşı yanvarın 1-də səhər saatlarında Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“1 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub”, - deyə məlumatda bildirilir.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.*
B.Rüstəmbəyov