Bu gün Füzuli rayonunda minaya düşən Azərbaycan Respublikasının vətəndaşı aldığı xəsarətlərdən vəfat edib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Xatırladaq ki, 1 yanvar 2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikasının vətəndaşı 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.
Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma) və 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi başlanılıb.*
B.Rüstəmbəyov