Azərbaycanda koronavirus infeksiyasına daha 421 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 219,462 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2703 nəfərə çatıb.
Virusa yoluxmuş 191,925 min nəfər (sutka ərzində +3 645) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 24 min 834 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 287, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 204,226 min test aparılıb.*
Ə.Məmmədov