Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya baş nazirinin müavini Aleksey Overçuk ilə Dağlıq Qarabağda vəziyyət və Ermənistan-Rusiya əməkdaşlığı ilə bağlı görüş keçirib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Paşinyan və Overçuk iki ölkənin iqtisadiyyat və energetika, nəqliyyat infrastrukturunun inkişafı, koronavirusa qarşı mübarizə sahələrində əməkdaşlığını müzakirə ediblər", - deyə məlumatda qeyd olunur.
Paşinyan Qarabağda hərbi əməliyyatların dayandırılmasında Rusiyanın böyük rol oynadığını, Rusiya sülhməramlılarının mövcudluğunun təhlükəsizliyin təminatında mühüm amil olduğunu vurğulayıb.
"Paşinyan Qarabağda vəziyyətin sabitləşməsində Rusiya prezidenti Vladimir Putinin şəxsi səylərini və RF-nin konstruktiv rolunu yüksək qiymətləndirib", - deyə məlumatda bildirilir.*