Rusiyanın hərbi müstəntiqləri Ermənistanla Azərbaycan sərhədində Mİ-24 hərbi helikopterin vurulması ilə bağlı cinayət işini daha ağır maddə ilə əvəz ediblər. Bu barədə “İnterfaks”a bazar ertəsi məlumatlı mənbə bildirib.
“RF CM-nin 351-ci madəsi ilə başlanılan cinayət işi daha ağır maddə - 105-ci 2-ci hissə ilə əvəz olunub”, - agentiyin həmsöhbəti bildirib.
O dəqiqləşdirib ki, birinci halda 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulursa, ikinci halda – ömürlük həbs cəzası verilə blər.
Mənbə qeyd edir ki, bu qərar cinayət işi çərçivəsində həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində qəbul olunub.
Həmçinin, mənbə istintaqın nə qədər zaman aparacağını qeyd etməkdə çətinlik çəkib. “Şübhəli şəxslərin başqa dövlətin ərazisində olmaları ilə bağlı müəyyən çətinliklər var”, - mənbə qeyd edib. Onun sözlərinə görə, cinayət işinin istintaqını Rusiyanın Gümri (Ermənistan) bazasında yerləşən hərbi müstəntiqlər aparır.
RF MN-nin nümayəndəsi İqor Konaşenkovun bəyan etdiyi kimi, Mİ-24 helikopteri ötən il noyabrın 9-da hərbi əməliyyatların keçirildiyi yerdən kənarda, Ermənistan səmasında vurulub. Məlumata əsasən, iki rusiyalı hərbçi həlak olub, daha bir nəfər yaralanıb.
Həmin gün axşam, noyabrın 9-da Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması haqqında RF, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edb ki, Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri təsadüfən vuruluib, Bakı Rusiya tərəfinə üzrxahlığını ifadə edir və kompensasiya ödəməyə hazırdır. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Rusiya Federasiyasının Müdafiə Nazirliyindən aldığı məlumata əsasən bu ilin 9 noyabr tarixində saat 18.30 da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopteri vurulub», - XİN-in bəyanatında qeyd olunur. **