Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri bazar ertəsi humanitar missiya ilə Azərbaycana gəliblər. Bu barədə Azərbaycanın fövqəladə hallar nazirinin müavini Ragim Lətifov bəyan edib.
“Rusiya FNH-nin 20 nəfərdən ibarət xüsusi qrup texnika ilə Azərbaycana gəlib. Həmin şəxslər Azərbaycan FHN-nin əməkdaşları ilə birgə işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi əməliyyatında iştirak edəcəklər”, - Lətifov bu gün jurnalistlərə bildirib.
Rusiyalı mütəxəssislər Gəncə şəhərinə gəliblər.
Lətifovun sözlərinə görə, rusiyalı mütəxəssislər əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcəklər.
O əlavə edib ki, artıq çərşənbə axşamı rusiyalı mütəxəssislər Ağdam rayonunda ərazilərin minalardan təmizlənməsinə başlayacaqlar, ilkin mərhələdə onların yardımı ilə 100hektara bərabər ərazinin minadan təmizlənməsi planlaşdırılır.
Rusiyanın “Lider” mərkəzinin rəisi general-mayor Anatoliy Savvin isə öz növbəsində bildirib ki, rusiyalı mütəxəssislər 80gün müddətində Azərbaycanda olacaqlar. Ehtiyac yaranarsa, bu müddət uzadıla bilər. **
N.Abbasova