Azərbaycanda koronavirus infeksiyasına daha 334 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 220,599 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2 761 nəfərə çatıb.
Virusa yoluxmuş 196,734 min nəfər (sutka ərzində +1 891) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 21 min 104 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3,768 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 214,194 min test aparılıb.**
N.Abbasova