“Rəvan Sığorta” ASC-nin səhmdarları yanvarın 11-də keçiriləcək ümumi yığıncaqda şirkətin könüllü ləğv edilməsi məsələsini nəzərdən keçirəcəklər.
“Yanvarın 11-də səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə şirkətin könüllü ləğv edilməsi və Nizamnaməyə dəyişikliklərin edilməsi məsələləri daxildir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən xəbər verir.
Hazırda Azərbaycanda 21 sığorta şirkəti bu fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziyaya malikdir.
“Rəvan Sığorta” şirkəti 1998-ci ildən etibarən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı “Nurgün” Şirkətlər Qrupu, nizamnamə kapitalı 8 milyon 900 min 71,2 manatdır.*
A.Hüseynova