Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin dekabr ayında valyuta hərraclarında $637,74 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF 2020-ci ilin noyabr ayında valyuta hərraclarında $495,5 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, 2020-ci ilin dekabr ayında xarici valyuta satışının həcmi noyabr ayı ilə müqayisədə 28,7% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2020-ci ildə ARDNF valyuta hərraclarında $7 milyard 303,64 milyon (2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artım 10,7% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
Fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).*
A.Əzizov