Prezident İlham Əliyev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamın mətni dövlət başçısının rəsmi saytında dərc olunub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi 1141–1209-cu illərdə Gəncə şəhərində yaşayıb yaradıb. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si Azərbaycan poeziyasının incisi hesab olunur. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib.*
X.Nəsirzadə