Nüvə bərabərliyi mövcud olduğu müddətcə irimiqyaslı müharibə mümkün deyil, lakin regional münaqişələr daim baş verir və dünya fövqəldövlətləri onların qarşısını almaq üçün məsuliyyət daşıyır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Nə qədər ki, nüvə bərabərliyi var, müharibə mümkün deyil. Bu, dünyanı müharibədən xilas edir", - deyə o, Vladimir Solovyova müsahibəsində bildirib.
"Hərçənd gözümüzün qabağında dəhşətli müharibələr baş verir və bu müharibələrin dayandırılmasına görə ən böyük ölkələr məsuliyyət daşıyırlar", - deyə Kremlin nümayəndəsi qeyd edib.
Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsini dayandıraraq məhz bunu edib.
"Lakin biz dünyanın müxtəlif regionlarında sabitliyin pozulmasından sığortalanmamışıq", - deyə o vurğulayıb.*