Azərbaycanda koronavirus infeksiyasına daha 802 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 221,401 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2792 nəfərə çatıb.
Virusa yoluxmuş 199,213 min nəfər (sutka ərzində +2 479) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 19 min 396 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8,435 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 222,629 min test aparılıb.*
B.Rüstəmbəyov