2021-ci il yanvarın 5-dək Azərbaycan Ordusuna Yardım Fonduna $136,2 milyondan çox vəsait daxil olub. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azərbaycan Ordusuna Yardım Fonduna cari il yanvarın 5-dək 211 milyon 920,320 min manat (cari məzənnə ilə təxminən $124,659 milyon), $11 milyon 176 min 390,65, 183,484 min avro, 593 min 924,33 türk lirəsi (cari məzənnə ilə $4,4 min), 1.844,72 ingilis funt sterlinqi və 5 milyon 398,55 min rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
2020-ci ilin əvvəlinə fondda 106 milyon 891,365 min manat (təxminən $62,9 milyon), $213,578 min, 17,566 min avro və 5 min rubl vəsait olub.
Beləliklə, 2020-ci ildə Azərbaycan Ordusuna Yardım Fonduna 115 milyon 470,69 min manat, $10 milyon 962,812 min, 165,918 min avro, 593.924,33 türk lirəsi, 1.844,72 funt sterlinq və 5 milyon 393,55 min rubl daxil olub.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 8-də “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondunun yaradılması haqqında” 17 avqust 2002-ci il tarixli fərmanın ləğv edilməsi və “Azərbaycan Ordusuna Yardım Fondunun yaradılması haqqında” fərman imzalayıb.*
B.Rüstəmbəyov