“A-Qroup Sığorta Şirkəti” ASC-nin səhmdarları fevralın 19-da keçiriləcək illik ümumi yığıncaqda şirkətin 2020-ci ildəki fəaliyyətinin yekunlarını müzakirə edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Yığıncaqda səhmdarlar 2020-ci ilin maliyyə hesabatlarını təsdiq edəcəklər. Bundan başqa, gündəliyə ötən ilə dair illik hesabatların müzakirəsi də daxildir”, - deyə məlumatda bildirilir.
“A-Qroup” ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə ölkənin 15 aparıcı sığorta şirkətindən biridir. Nizamnamə kapitalı 10 milyon 5,25 min manatdır.*
A.Hüseynova