Azərbaycanda koronavirus infeksiyasına daha 685 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 222,885 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2845 nəfərə çatıb.
Virusa yoluxmuş 203,527 min nəfər (sutka ərzində +1 931) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 16 min 513 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 241,908 min test aparılıb.*
X.Nəsirzadə