Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 8-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 8-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0841 manat/1EUR səviyyəsində müəyyən edilib.
AMB yanvarın 8-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0229 manat/1RUB səviyyəsində müəyyən edib.**
X.Nəsirzadə