Ermənistan Ədliyyə Nazirliyi baş nazir Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri zamanı Azərbaycanla imzalanacaq dövlətlərarası müqavilənin hazırlanması barədə məlumatları təkzib edib.
“Ədliyyə Nazirliyinə heç bir müqavilə və ya saziş daxil olmayıb. KİV-də yayılan məlumatlar əsassızdır”, - Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan özünün Facebook səhifəsində yazıb.
Ermənistanın bir sıra Teleqram kanalları məlumat veriblər ki, Paşinyan Moskvada yeni güzəştlərə gedəcək, beynəlxalq sənədlər imzalayacaq və bununla da Azərbaycan prezidenti İlham Əliyevlə “şifahi razılaşma” zamanı qeyd olunan Ermənistanın suveren ərazilərinin Azərbaycana verilməsini təsbit edəcək, müvafiq sənəd isə Konstitusiyaya uyğunlaşdırılması üçün XİN və Ədliyyə Nazirliyinə göndərilib. **