Azərbaycan prezidenti İlham Əliyev cümə günü Nərgiz Qurbanovanın Polşada yeni səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qurbanova Azərbaycanın Polşadakı səfiri vəzifəsində Həsən Həsənovu əvəz edəcək. Həsən Həsənov prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən bu vəzifədən geri çağırılıb.
Digər sərəncamla prezident Qurbanovanı Bolqarıstanda səfir vəzifəsindən geri çağırıb.
Hər üç sərəncamın mətnləri dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə