Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bir sıra xarici KİV-də Azərbaycanın üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərləri təkzib edib.
“Yayılan bu məlumatlar həqiqəti əks etdirmir”, - Dərgahlı “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözləriə görə, Azərbaycan tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır.
Dərgahlı əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illər üçün bu hərəkatın sədridir.
Bir sıra xarici KİV-də Azərbaycanın üç şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə xəbərlər yayılıb. **
R.Əhmədov