Azərbaycanda koronavirus infeksiyasına daha 633 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 224,05 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib, ölənlərin ümumi sayı 2 890 nəfərə çatıb.
Virusa yoluxmuş 207,088 min nəfər (sutka ərzində +1 682) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 72 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 264 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 259,555 min test aparılıb.**
B.Rüstəmbəyov